Team Liquid CS2-də baş məşqçi dəyişdi – yeni dövr başlayırTeam Liquid-in CS2 komandasına yeni analitik məşqçi təyin edildi

by Nigar Məmmədova
0 comments

Team Liquid-in CS2 komandasında məşqçi heyətində ciddi dəyişiklik baş verib. Danimarkalı baş məşqçi Torbjørn “mithR” Nyborg vəzifəsindən ayrılıb. O, komandadan könüllü şəkildə ayrıldığını bildirib.

Onun yerinə komandanın analitiki Cey “DeMars” DeRover təyin edilib. DeMars bundan sonra həm təhlilçi, həm də baş məşqçi funksiyasını icra edəcək. Yeni məşqçi üçün ilk sınaq 6-13 aprel tarixlərində keçiriləcək PGL Bucharest 2025 turniri olacaq.

DeMars-ın bu yeni vəzifədə komandaya necə təsir edəcəyi maraqla gözlənilir. Team Liquid tərəfdarları artıq bu dəyişiklikdən sonra komandanın nəticələrində dönüş görəcəyinə ümid edirlər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın