Team Liquid Tundra Esports-u məğlub edərək PGL Wallachia play-off mərhələsinə yüksəldi

by Nigar Məmmədova
0 comments

Team Liquid, PGL Wallachia Season 3 turnirinin qrup mərhələsində Tundra Esports-a qarşı həlledici matçda 2:0 hesabı ilə qələbə qazandı.

Bu uğur sayəsində Liquid, 3-0 nəticə ilə növbəti mərhələyə adını yazdırdı və Team Spirit-in ardınca play-off mərhələsinə vəsiqə qazandı. Tundra Esports isə mübarizəni davam etdirmək üçün 11 martda növbəti şansını sınayacaq.

PGL Wallachia Season 3 turniri 8-16 mart tarixlərində Rumıniyada LAN formatında keçirilir. Yarışda 16 komanda iştirak edir və qaliblər 1 milyon dollar məbləğində mükafat fondu uğrunda mübarizə aparır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın