HLTV.org məlumatına görə, Danil “donk” Kryşkovetsin də çıxış etdiyi Team Spirit komandası CS2 dünya reytinqində ikinci pilləyə qalxıb. Bununla da komanda üçüncü sıraya enən MOUZ-u geridə qoyub.
Team Vitality isə 944 xalla hələ də reytinqin zirvəsindədir. İlk onluqda da dəyişikliklər olub — FaZe Clan yeddinci yerə yüksələrək Aurora Gaming-i səkkizinci sıraya endirib.
Reytinqin ilk 5-liyi belədir:
- Team Vitality — 944 xal
- Team Spirit — 850 xal
- MOUZ — 667 xal
- The Mongolz — 616 xal
- Natus Vincere — 332 xal
İki gündən sonra dünyanın ən yaxşı komandaları Esports World Cup 2025 turnirində Ər-Riyadda qarşılaşacaq. Yarışda 16 kollektiv $1,25 milyon məbləğində mükafat fondu uğrunda mübarizə aparacaq.
