Team Spirit oyunçusu Dota 2-də rekord MMR-ə çatdı

by Nigar Məmmədova
0 comments

Team Spirit komandasının dəstək oyunçusu Aleksandr “rue” Filin Dota 2-də mühüm nəticə əldə edib — onun MMR göstəricisi 16 min balı keçib. Bu barədə oyunçu şəxsi Telegram kanalında məlumat verib.

Kiberidmançı profilinin ekran görüntüsünü paylaşıb, amma qəhrəmanlar üzrə detallı statistikanı gizli saxlayıb. Bu nəticə ilə Filin Avropa reytinq cədvəlində 22-ci pillədə qərarlaşıb.

Oyunçu zarafatla uğurunu komanda yoldaşı İlya “Yatoro” Mulyarçukun adına yaradılmış ətirlə əlaqələndirib və flakonun fotosunu “Bunların hamısı onun sayəsində” yazısı ilə paylaşaraq diqqət çəkib.

Aleksandr Filinin növbəti çıxışı The International 2025-də olacaq. Bu, ilin ən böyük Dota 2 turniri hesab olunur və yarış Almaniyada 2,3 milyon dollardan çox mükafat fondu ilə keçiriləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın