44
Team Spirit CS2-də Perfect World Shanghai Major 2024-ün qalibi olaraq tarixə düşən bir sıra faktlara və rekordlara imza atdı. Bu möhtəşəm qələbə komanda üçün əlamətdar hadisə olmaqla yanaşı, oyunçular üçün də tarixi anlarla yadda qaldı. Xüsusilə Danila donk Kryshkovets ilə bağlı faktlar diqqət çəkdi.
Team Spirit-in qələbəsi ilə bağlı əsas faktlar:
- Team Spirit The International (Dota 2) və CS Major turnirlərində qalib gələn tarixdə ikinci klub oldu. Bu uğuru ilk dəfə Natus Vincere əldə etmişdi.
- Karrigan və Rain üçün bu, üçüncü itirilmiş major finalı oldu. Bu göstəriciyə görə onlar Zeus, s1mple, Guardian, Flamie və Edward ilə bərabərləşdilər. FaZe Clan isə NiP və NaVi ilə yanaşı üç major finalında məğlub olan üçüncü komanda oldu.
- FaZe Clan tarixin ilk komandasıdır ki, bir il ərzində bütün major finallarına çıxdı, lakin heç birində qalib gələ bilmədi.
- Donk yeni rekord qıraraq 17 yaş 320 günündə ən gənc MVP seçildi. Əvvəlki rekord Kjaerbye-yə məxsus idi (18 yaş 277 gün).
- Donk turnirdə fantastik performans göstərərək 14 xəritədə 1.49 reytinqinə nail oldu və s1mple-ın PGL Stockholm 2021-də 10 xəritə üzrə 1.47 reytinq rekordunu keçdi.
- Bu qələbə ilə Team Spirit qaliblər zalına daxil olan komandalar sırasına qoşuldu. Hazırda bu zalda 71 oyunçu yer alır.
- Donk-a MVP titulu ilə yanaşı, təşkilatçılar tərəfindən güclü bir kompüter və monitor hədiyyə edildi.
- Maraqlı faktlardan biri də FaZe Clan oyunçusu Robin ropz Kool-un vaxtilə Miroslav zont1x Plakhota-ya kömək etməsidir. O, zont1x-a CS oynamaq üçün yeni kompüter almaq məqsədilə pul göndərmişdi.
Perfect World Shanghai Major 2024 turniri 30 noyabr – 15 dekabr tarixlərində Şanxayda keçirildi. Turnirin ümumi mükafat fondu 1 250 000 dollar təşkil edib və qalib olan Team Spirit komandası 500 000 dollar qazandı.