Team Spirit qalib gələrək FISSURE PLAYGROUND Belgrade 2025-də pley-off mərhələsinə yüksəldi

by Nigar Məmmədova
0 comments

Team Spirit, Dota 2 üzrə FISSURE PLAYGROUND Belgrade 2025 turnirinin qrup mərhələsinin dördüncü raundunda Talon Esports komandasını 2:1 hesabı ilə məğlub edərək pley-offa yüksəldi.

Bu qələbə Rusiyanı təmsil edən komanda üçün növbəti mərhələyə keçidi təmin etdi. Talon Esports isə bu məğlubiyyətdən sonra mübarizəsini davam etdirmək üçün 27 yanvarda keçiriləcək beşinci raundda yarışacaq. Bu raundda komanda pley-offa çıxmaq üçün son şansını sınayacaq.

Team Spirit komandasının heyəti:

  • İlya Raddan Mulyarçuk;
  • Denis larl Siqitov;
  • Maqomed Collapse Xalılov;
  • Aleksandr rue Filin;
  • Yaroslav Miposhka Naydyonov.

Talon Esports komandasının heyəti:

  • Con Natsumi Varqas;
  • Raflay Mikoto Fatur;
  • Çunq Ws Vey Şen;
  • Tri Jhocam Kunkoro;
  • Karlo Kuku Palad.

FISSURE PLAYGROUND Belgrade 2025, Serbiyanın paytaxtı Belqradda 24 yanvar – 2 fevral tarixləri arasında keçirilir. Dünyanın ən yaxşı 16 komandası, 1 milyon dollarlıq mükafat fondu uğrunda mübarizə aparır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın