13
Məşhur kiberidman təşkilatı Team Spirit, Counter-Strike 2 (CS2) oyunu üzrə üçüncü heyətini yaratmağa hazırlaşır. Bu barədə məlumatı insayder Vladislav harumi Radviloviç öz sosial şəbəkə hesabında paylaşıb.
harumi qısa açıqlamasında yeni heyətin baş məşqçisinin Tamerlan k4sl Gərayev olacağını qeyd edib.
“Spirit üçüncü heyətini açır! Məşqçi – k4sl!” – deyə Vladislav harumi Radviloviç bildirib.
Hazırda Team Spirit iki CS2 heyətinə sahibdir. Təşkilatın əsas komandası Valve versiyasına görə dünyanın ən yaxşı komandası statusunu qoruyur. Akademik komanda isə reytinq cədvəlində 44-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Team Spirit, 2024-cü ilin dekabrında öz qadın heyətini ləğv etmişdi.