3
16 mart gecəsi ESL Pro League Season 21 turnirinin yarımfinal mərhələsində Team Vitality ilə The Mongolz komandaları üz-üzə gəldi. Gərgin keçən qarşılaşmada Vitality 2:1 hesabı ilə qalib gələrək finala yüksəldi.
Matçın nəticələri:
- Anubis – 13:4 (Team Vitality qalib)
- Nuke – 14:16 (The Mongolz qalib)
- Inferno – 13:2 (Team Vitality qalib)
The Mongolz turniri 3-4-cü yerdə başa vurdu və $25,000 mükafat qazandı. Vitality isə finalda MOUZ ilə qarşılaşacaq. Çempionluq oyunu 16 martda baş tutacaq.
ESL Pro League S21 turniri 1 martdan etibarən Stokholm, İsveçdə keçirilir. Komandalar $400,000 mükafat fondu uğrunda mübarizə aparır.