Team Vitality futbol klubu “Paris Saint-Germain”-in (PSG) kiberidman bölməsi ilə uzunmüddətli tərəfdaşlığa imza atdı. Bu əməkdaşlıq EA Sports FC Pro 2025/26 mövsümündən etibarən qüvvəyə minəcək.
PSG.Vitality – yeni ad altında çıxış
Müqaviləyə əsasən, Team Vitality-nin EA Sports FC bölməsi bundan sonra PSG.Vitality adı ilə çıxış edəcək. Komandanın hazırkı üzvləri İlian Buçi və Bris Masson heyətdə qalaraq yeni teq altında mübarizə aparacaqlar.
Paris klubu bu tərəfdaşlığı kiberidman sənayesində iştirakını genişləndirmək istiqamətində növbəti mühüm addım kimi dəyərləndirib.