42
Teamfight Tactics (TFT) üzrə Esports World Cup 2025 turnirinə hazırlıqlar çərçivəsində Avropa və Amerika regionlarında açıq seçmə mərhələlərinin keçiriləcəyi elan edilib.
Açıq seçimlər Faceit platformasında keçiriləcək
Təşkilatçılar bildiriblər ki, açıq seçim mərhələsindəki bütün qarşılaşmalar FACEIT platformasında və Europe West (EUW) serverində baş tutacaq. Turnirdə iştirak etmək istəyən oyunçular aşağıdakı şərtlərə əməl etməlidirlər:
- Onların Riot ID hesabı düzgün və tam şəkildə FACEIT platformasında qeydiyyatdan keçməlidir.
- Hesab EUW serverində yerləşməlidir.
Turnirin formatı necədir?
🔹 Açıq Seçim Turniri (Open Qualifier)
- Tarixlər: 2–4 may
- Komanda limiti: 128
- Format: Double Elimination (ikili eliminasiya)
- Oyunlar: BO3 (üç oyundan ikisi)
- Nəticə: İlk 8 yerin sahibləri Qapalı Seçimə (Closed Qualifier) yüksələcək
🔹 Qapalı Seçim Turniri (Closed Qualifier)
- Tarixlər: 30 may – 1 iyun
- İştirakçılar: Açıq seçimdən keçən 8 komanda
- Format: Double Elimination
- Oyunlar: BO3
- Nəticə:
- İlk 3 yerin sahibləri Esports World Cup 2025-də iştirak hüququ qazanacaq
- 4-cü və 5-ci yerlər isə EWC Online Qualifier: Global Qualifier mərhələsinə vəsiqə qazanacaq
Bu seçim mərhələləri TFT pərəstişkarları üçün beynəlxalq arenada özünü göstərmək imkanı yaradır və böyük turnirə gedən yolda vacib mərhələ sayılır.