TEKKEN 8 Esports World Cup 2025-də təqdim olunacaq növbəti intizam oldu

by Nigar Məmmədova
0 comments

Esports World Cup 2025-də təqdim ediləcək oyunlar siyahısına daha bir döyüş oyunu əlavə olunub. Yarışın təşkilatçıları bu dəfə TEKKEN 8-in də rəsmi oyun intizamı kimi turnirdə yer alacağını açıqlayıblar. Bu barədə məlumat EWC Foundation tərəfindən sosial şəbəkələr vasitəsilə paylaşılıb.

TEKKEN 8, bu il EWC-də təqdim olunacaq üçüncü döyüş oyunu olacaq. Daha əvvəl turnirdə Street Fighter 6Fatal Fury: City of the Wolves üzrə yarışların keçiriləcəyi təsdiqlənmişdi.

Hazırda Esports World Cup 2025-də ümumilikdə 25 müxtəlif oyun üzrə turnir keçiriləcəyi təsdiqlənib. Lakin bu oyunlardan biri hələlik açıqlanmayıb və turnirin sonuncu intizamı yaxın günlərdə elan ediləcək.

Qeyd edək ki, Esports World Cup 2025 iyul-avqust aylarında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. Bu yarış dünyanın ən böyük kibersport tədbirlərindən biri hesab olunur və müxtəlif oyunlar üzrə beynəlxalq miqyasda güclü komandaları bir araya gətirəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın