Aparıcı və prodüser Ceff Kili The Game Awards 2026 mükafatlandırma mərasiminin keçiriləcəyi tarixi açıqlayıb. Məlumat rəsmi posterlə birlikdə sosial şəbəkələrdə paylaşılıb.
Mərasim 10 dekabr 2026-cı il tarixində ABŞ-ın Los-Anceles şəhərindəki “Peacock” teatrında keçiriləcək. Tədbir YouTube və Twitch daxil olmaqla bütün populyar platformalarda canlı yayımlanacaq. Şou çərçivəsində təkcə qaliblər elan edilməyəcək, həm də yeni oyunların anonsları və müxtəlif səhnə çıxışları nümayiş olunacaq.
Xatırladaq ki, The Game Awards 2025 mərasimi 12 dekabr 2025-ci ildə baş tutmuşdu. Həmin ilin nəticələrinə görə, “Clair Obscur: Expedition 33” layihəsi “İlin Oyunu” seçilmiş və ümumilikdə doqquz nominasiyada qalib gəlmişdi.