Dota 2 üzrə ilin ən mötəbər turniri sayılan The International 2025 çərçivəsində ənənəvi kospley yarışması keçiriləcək. SteelSeries və PGL təşkilatçılığı ilə baş tutacaq tədbirdə iştirakçılar 18 500 avro məbləğində ümumi mükafat fondu uğrunda yarışacaqlar.
Müsabiqəyə qatılmaq hamı üçün açıqdır, lakin təşkilatçılar təhlükəsizlik və şərtlərə uyğunluq səbəbilə müraciəti qəbul etməmək hüququnu özlərində saxlayır. Əsas qaydalardan biri odur ki, kostyumlar tamaşaçılar üçün təhlükə yaratmamalıdır — buna görə də real silahlar, pirotexnika və oxşar elementlər tamamilə qadağandır.
Yarışmanın formatı belədir:
- Tarix: 11 sentyabr 2025 — iştirakçılar canlı şəkildə seçim turuna qatılacaq.
- Seçim: Münsiflər heyəti yalnız ən yaxşı 10 kospleyeri səhnəyə buraxacaq.
The International 2025 tədbiri 4–14 sentyabr tarixlərində Almaniyanın Hamburq şəhərində keçiriləcək. Turnirin əsas mükafat fondu isə hələ açıqlanmayıb.