6
The International 2025 üzrə Dota 2-nin Şərqi Avropa regionu üçün təşkil olunan ikinci açıq təsnifat mərhələsinin ilk günü yekunlaşıb. Yarışda səkkiz komanda mübarizəni davam etdirmək hüququ qazanıb.
1/8 final nəticələri
İkinci mərhələnin ilk günündə aşağıdakı komandalar qələbə ilə yadda qalıb və 1/4 finala yüksəlib:
- Quantum Team – Tengri üzərində qələbə qazandı
- Passion UA – ShashMin-i məğlub etdi
- Kalmychata, 20Twice, eSpoiled və Team Lynx də növbəti mərhələyə adladılar
Turnirin formatı və mərhələləri
Turnir 2–3 iyun tarixlərində onlayn formatda keçirilir. Ümumilikdə üç komanda növbəti mərhələ olan regional qapalı təsnifata vəsiqə qazanacaq. Bu mərhələ isə 4–8 iyun tarixlərində baş tutacaq.
1/4 final cütlükləri (4 iyun saat 16:00-dan etibarən)
- Passion UA – eSpoiled
- Quantum – Enj0y
- Kalmychata – barselona
- 20Twice – Team Lynx