The MongolZ Belqradda yarımfinala yüksəldi – G2 məğlub oldu

by Nigar Məmmədova
0 comments

Monqolustan təmsilçisi The MongolZ, Belqradda keçirilən FISSURE Playground 2 turnirində G2 üzərində 2:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəldi.

Seriyanın ilk xəritəsi Mirage idi. The MongolZ 9:3 hesabı ilə üstünlük qazansa da, G2 geri dönüş etdi və hesabı 11:11-ə gətirdi. Amma Monqolustan komandası sona qədər dözümlü oynayaraq xəritəni 13:11 hesabı ilə qapadı.

Dust2-də vəziyyət tam əksinə oldu. G2 oyuna 8:0 seriyası ilə başladı və nəzarəti əldən vermədi. The MongolZ yeddi ardıcıl raund qazanaraq ümid yaratsa da, G2 yekunda 13:7 hesabı ilə qalib gəldi və seriyanı həlledici xəritəyə daşıdı.

Həlledici xəritə – Ancient

Ancient-də ilk hissə The MongolZ-un xeyrinə 7:5 başa çatdı. İkinci yarıda Asiya təmsilçisi hücumda aqressiv oynayaraq G2-ni müdafiəyə məcbur etdi.

Hesab 11:9 olarkən G2 fürsət qazandı, xüsusilə Nemanja huNter- Kovač ikiqat fragi ilə üstünlüyü 4vs3-ə çevirdi. Ancaq Azbayar Senzu Munkhbold-un cavab doublesi G2-nin ümidlərini puç etdi.

The MongolZ 13:9 hesabı ilə qalib gəldi və yarımfinal mərhələsinə yüksəldi. İndi onlar Aurora – Liquid duelinin qalibini gözləyirlər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın