Bu mövsümdə bir sıra güclü çıxışlardan sonra CS2 üzrə The MongolZ komandası nəhayət ilk böyük turnirini — EWC 2025-i qazandı. 1xBet Azərbaycan-ın kiberidman ekspertləri bunun necə baş verdiyini ətraflı danışmağa qərar veriblər.
Esports World Cup 2025 kiberfestivalı çərçivəsində müxtəlif kiberidman növləri üzrə 25 turnir baş tutdu və final döyüşü məhz CS2 intizamında keçirildi. $1,250,000 məbləğində mükafat fondu olan bu turnirə dünyanın ən güclü 16 komandası qatıldı. Komandalar olimpik sistem üzrə – ilk məğlubiyyətdən sonra turnirdən kənarlaşdırılmaq şərti ilə – bir-birilə mübarizə apardılar.
Birinci tur: The MongolZ – GamerLegion (2-0)
Turnirdəki start matçını The MongolZ alman təmsilçisi GamerLegion-a qarşı keçirdi. İlk xəritədə kapitan bLitz 20 frag toplayaraq oyunu 13:7 hesabı ilə bağladı. İkinci xəritə Infernoda isə «klatç maşını» mzinho səhnəyə çıxdı və iki vacib 1v3 klatçını qazandı. Belə performansdan sonra GamerLegion demək olar ki, müqavimət göstərmədi və ikinci xəritəni 3:13 hesabı ilə uduzdu.
Dörddəbir final: The MongolZ – 3DMAX (2-1)
Növbəti matçda The MongolZ, 3DMAX ilə üz-üzə gəldi və ilk dəqiqələrdən sinif fərqini göstərdi – Ancient xəritəsində ilk hissəni 10:2 hesabı ilə öndə bitirib, oyunu ümumilikdə 13:9 qazandılar. Infernoda isə gərgin mübarizə gedirdi və bu dəfə fransızların bəxti bir az daha gətirdi – 13:9. Lakin həlledici xəritə Nuke-də monqollar bir daha güclü start götürərək ilk hissədə 9:3 hesabı ilə öndə oldular və rəqibə geri dönmək imkanı vermədən oyunu 13:8 bağlayaraq yarımfinala yüksəldilər.
Yarımfinal: The MongolZ – Vitality (2-1)
Yarımfinalın startında komandalar öz seçdikləri xəritələrdə qələbə qazandılar: Mirage-da monqollar üstün gəldi (13:8), Dust2 isə fransızların oldu (13:9). Həlledici xəritə Nuke-də isə ilk atışmalardan etibarən oyunu tam nəzarətə götürən The MongolZ oldu. Müdafiəçi Technonun möhtəşəm performansı sayəsində komanda ardıcıl 9 raund qazandı, ikinci hissədə hesabı 12:2-yə qədər çatdırdı və bir qədər fransızların əsəbləri ilə oynadıqdan sonra görüşü yekun 13:7 hesabı ilə bağladı.
Qeyd edək ki, məhz Techno 2,09 reytinqlə atom stansiyasının bombsaytlarına gedən yolda keçilməz sədd oldu – o, həm müdafiədə, həm də hücumda 27 frag vurdu və bunun içində tam 9 multikill yer aldı.
Maraqlı fakt: 2025-ci ildə Vitality cəmi beş Bo3 matçında məğlub olub və mövsümün əsas favoritlərini iki dəfə məhz The MongolZ dayandırıb!
Qrand-final: The MongolZ – Aurora (3-0)
CS2 üzrə EWC 2025 turnirinin qrand-finalında uzun illərdən sonra ilk dəfə iki milli komanda üz-üzə gəldi. Beynəlxalq heyətlərin dövründə bir komandada eyni ölkədən beş oyunçunu toplamaq kifayət qədər çətin olsa da, monqolustanlı The MongolZ və türk Aurora komandası bunu bacardılar.
İlk xəritə Mirage-da hər iki komanda bərabər oyun sərgilədi, lakin əlavə vaxtlarda üstün olan The MongolZ oldu (16:14). İkinci xəritə Dust2 hesab 9:9-a qədər bərabərlikdə gedirdi, amma bundan sonra monqollar ardıcıl dörd vacib raundu inamla qazandılar (13:9). Finalın üçüncü və, göründüyü kimi, sonuncu xəritəsi Nuke idi – The MongolZ-un ən güclü xəritələrindən biri. Aurora oyunçuları burada cəmi dörd raund qazana bildilər, Senzu isə həyatının oyununu göstərərək 25/7 K/D və rekord göstərici olan 2,59 reytinqlə çıxış etdi.
Desayderdə 13:4 hesabı, matçda isə təmiz 3-0 – xoşbəxt The MongolZ EWC 2025 kubokunu başı üzərinə qaldırır! Komandanın ən yaxşı oyunçusu Techno isə 1,39 reytinq göstəricisi ilə tamamilə layiq olaraq karyerasında ilk dəfə təşkilatçılar və HLTV tərəfindən MVP titulunu qazandı.
Beləliklə, The MongolZ komandası baş sponsor 1xBet-in dəstəyi ilə öz tarixində ilk dəfə Tier-1 səviyyəli turnirin qalibi oldu, 500,000 ABŞ dolları məbləğində mükafat qazandı və Valve ilə HLTV reytinqlərində üçüncü pilləyə yüksəldi. Mövcud formalarını nəzərə alsaq, onların qarşıdakı StarLadder Budapest Major 2025 turnirini də qazanması tamamilə mümkündür!