The Mongolz IEM Dallas 2025-də FURIA üzərində inamlı qələbə qazandı

by Nigar Məmmədova
0 comments

Counter-Strike 2 üzrə IEM Dallas 2025 turnirinin qrup mərhələsində Monqolustan təmsilçisi The Mongolz komandası Braziliyanın FURIA Esports kollektivi ilə qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.

Tam üstünlük – iki kartda qələbə

The Mongolz qarşılaşma boyunca rəqibinə ciddi imkan verməyib. Oyun Anubis və Mirage kartlarında baş tutub və hər iki qarşılaşma eyni hesabla – 13:7 monqol oyunçuların xeyrinə başa çatıb.

Növbəti mərhələdə The Mongolz turnirin daha bir favorit komandası – G2 Esports ilə qarşılaşacaq. Görüş bu axşam keçiriləcək. Braziliyalı FURIA isə yoluna turnirin aşağı setkasında davam edəcək və növbəti məğlubiyyət turnirlə vidalaşması demək olacaq.

Turnir haqqında qısa məlumat

IEM Dallas 2025 19–25 may tarixlərində ABŞ-da LAN formatında keçirilir. Turnirdə dünyanın aparıcı CS2 komandaları iştirak edir və ümumi mükafat fondu 300 min ABŞ dolları təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın