7
IEM Katowice 2025-in B qrupunda keçirilən ilk mərhələ matçlarında The Mongolz, Team Liquid-i məğlub edərək növbəti mərhələyə yüksəldi.
Fevralın 2-də baş tutan qarşılaşma 2:1 hesabı ilə Monqolustan təmsilçisinin xeyrinə başa çatdı.
Matçın yekun nəticələri:
- Nuke – 10:13 (Team Liquid-in qələbəsi)
- Mirage – 13:8 (The Mongolz-un qələbəsi)
- Ancient – 13:11 (The Mongolz-un qələbəsi)
1xBet sponsorluğunda çıxış edən The Mongolz yarımfinal mərhələsinə yüksəlib və fevralın 3-də Bakı vaxtı ilə 19:00-da GamerLegion-a qarşı mübarizə aparacaq. Team Liquid isə aşağı setkaya düşüb və fevralın 3-də saat 16:30-da MOUZ-a qarşı eliminasiya matçına çıxacaq.
IEM Katowice 2025 turniri 29 yanvar – 9 fevral tarixlərində keçirilir və komandalar 1 milyon dollarlıq mükafat fondu uğrunda yarışırlar.