Valve şirkəti ənənəvi The Steam Awards 2025 mükafatının nəticələrini elan edib. Genişmiqyaslı qış endirimləri zamanı Steam istifadəçiləri 11 nominasiya üzrə sevimlilərini seçiblər. Əsas mükafat olan “İlin Oyunu” tituluna Team Cherry studiyasının hazırladığı Hollow Knight: Silksong layiq görülüb. Bu kateqoriyada o, Arc Raiders, Dispatch, Clair Obscur: Expedition 33 və Kingdom Come: Deliverance II kimi rəqiblərini qabaqlayıb.
The Steam Awards 2025-in tam qaliblər siyahısı:
- İlin Oyunu: Hollow Knight: Silksong
- İlin VR Oyunu: The Midnight Walk
- Sevgi ilə Yaratdıqlarımız (Labor of Love): Baldur’s Gate 3
- Steam Deck-də Ən Yaxşı Oyun: Hades II
- Dostlarla Daha Yaxşı: Peak
- Möhtəşəm Vizual Üslub: Silent Hill f
- Ən İnnovativ Geympley: Arc Raiders
- Bacarmadığınız Ən Yaxşı Oyun: Hollow Knight: Silksong
- Ən Yaxşı Saundtrek: Clair Obscur: Expedition 33
- Zəngin Süjetli Oyun: Dispatch
- Rahatlayın və Həzz Alın: RV There Yet?
