CD Projekt şirkəti rəsmi olaraq bildirib ki, məşhur The Witcher 4 oyununun 2026-cı ilin sonunadək buraxılması planlaşdırılmır. Bu da o deməkdir ki, oyun ən tez 2027-ci ildə oyunçuların ixtiyarına veriləcək.
2024-cü ilin maliyyə hesabatının təqdimatı zamanı şirkət nümayəndələri qeyd ediblər ki, layihə rəhbərliyi üçün nəzərdə tutulmuş stimullaşdırıcı proqramın birinci mərhələsi başa çatana qədər – yəni 2026-cı ilin sonunadək – oyun tamamlanmayacaq.
CD Projekt-in maliyyə direktoru Pyotr Nelyuboviç bildirib:
“Hazırda dəqiq buraxılış tarixini açıqlamağa hazır deyilik. Yeganə bildiyimiz budur ki, oyun stimullaşdırma proqramımızın ilk mərhələsi çərçivəsində çıxmayacaq.”
2024-cü ilin noyabrında studiya oyunun tammiqyaslı istehsal mərhələsinə keçdiyini bildirsə də, daha ehtiyatlı marketinq siyasətini seçdiyini vurğulamışdı. Lakin dekabrda The Game Awards tədbirində yayımlanan təsirli kinotik tizer fanatlarda 2026-cı ildə buraxılış ümidi yaratmışdı.
Artıq bu ehtimallar rəsmi olaraq təkzib olunub. Oyunçular The Witcher dünyasının yeni bölümü üçün daha uzun müddət gözləməli olacaqlar.