İngilis zərgərlik brendi Thomas Lyte 2025-ci il Fortnite Dünya Çempionatının kubokunu hazırlayacaq. Bu barədə turnirin operatoru BLAST rəsmi saytında məlumat yayıb.
Brendin kibersport təcrübəsi
Thomas Lyte kibersport aləminə yad deyil. 2025-ci ilin aprelindən etibarən Rocket League Championship Series (RLCS) üçün mövsüm ərzində kubokların hazırlanmasında əməkdaşlıq edib. Bundan əvvəl isə brend League of Legends Dünya Çempionatının (Worlds) qaliblərinə təqdim edilən orijinal kuboku (2022-ci ilə qədər) hazırlamışdı.
“Biz Thomas Lyte olaraq öz təcrübəmizi və sənətkarlığımızı Fortnite-in qlobal icması ilə bölüşməkdən məmnunuq,” — deyə şirkətin təsisçisi və baş direktoru Kevin Baker bildirib.
Turnir haqqında
- Yarışda ZOWIE markalı monitorlardan istifadə ediləcək.
- FNCS 2025 Global Championship 6–7 sentyabr tarixlərində Fransanın Lion şəhərindəki LDLC Arena-da keçiriləcək.
- Turnirdə 99 oyunçu iştirak edəcək və mükafat fondu 2 milyon 1 min ABŞ dolları olacaq.