Tokyo Game Show oyun festivalının təşkilatçıları rəsmi saytlarını istifadəyə verərək, 2025-ci il üçün tədbirin keçirilmə tarixi, məkanı və iştirakçı şirkətlərin siyahısını dərc ediblər.
TGS 2025 sentyabrın 25-dən 28-dək Yaponiyanın Tokio şəhərində yerləşən Makuhari Messe sərgi mərkəzində baş tutacaq. Festivalda 772 şirkət iştirak edəcək və öz oyunları üzrə yenilikləri təqdim edəcəklər. TGS 2025-də iştirak edəcək əsas şirkətlər arasında Sony Interactive Entertainment, Arc System Works, Bandai Namco, Annapurna Interactive, Capcom, Konami, Riot Games, SEGA, Koei Tecmo, Nintendo və başqaları yer alır.
Tokyo Game Show ilin ən məşhur oyun təqdimatlarından biridir. Ötən il, TGS 2024 çərçivəsində “Indiana Jones and the Great Circle” oyunu ilk dəfə ictimaiyyətə nümayiş etdirilmişdi.