Tundra ardıcıl dördüncü dəfə BLAST Slam-ı qazandı

by Nigar Məmmədova
0 comments

Tundra Esports komandası Dota 2 üzrə BLAST Slam V turnirinin böyük finalında Team Yandex üzərində qələbə qazanıb. Qarşılaşma 3:0 hesabı ilə yekunlaşıb.

Bu, Tundra üçün eyni seriyada artıq dördüncü ardıcıl qazanılan turnirdir. Komanda bu çempionatda zəfər sayəsində 300 min dollar mükafat əldə edib.

NAVI turnirdə dörddəbir finala qədər irəlilədi, lakin orada MOUZ komandasına uduzaraq 5–6-cı yerləri bölüşdü. BLAST Slam V 25 noyabr – 7 dekabr tarixləri arasında keçirilib. Çempionatın mükafat fondu 1 milyon dollar təşkil edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın