Tundra Esports “ESL One Birmingham 2026” turnirinin çempionu oldu

by Nigar Məmmədova
0 comments

“Tundra Esports” komandası “Dota 2” üzrə keçirilən “ESL One Birmingham 2026” çempionatının qalibi adını qazanıb. Həlledici final qarşılaşmasında komanda “Team Yndx” kollektivini 3:1 hesabı ilə məğlub edərək zirvəyə yüksəlib.

Qrup mərhələsini xəritələr üzrə 11-3 statistikası ilə ikinci pillədə tamamlayan “Tundra”, finala gedən yolu yuxarı tordan (upper bracket — məğlubiyyətsiz irəliləyən komandaların qrupu) keçib. Onlar pley-off mərhələsində “Aurora” və “Team Yndx” komandalarını üstələyərək həlledici matça vəsiqə qazanıblar.

Turnirin qalibi olaraq “Tundra Esports” 250 min dollar əsas mükafat və “Club Reward” (klub mükafatı proqramı) çərçivəsində əlavə 40 min dollar əldə edib.

Xatırladaq ki, “ESL One Birmingham 2026” martın 22-dən 29-dək Böyük Britaniyanın Birminhem şəhərində baş tutub. Yarışın ümumi mükafat fondu 1 milyon dollar təşkil edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın