Ubisoft şirkətindəki daxili proseslər medianın diqqət mərkəzindədir. Yanvarın sonunda şirkət gözlənilmədən eyni vaxtda altı layihənin, o cümklədən problemli Prince of Persia: The Sands of Time Remake-in ləğv olunduğunu elan edib. Məlum olub ki, oyun relizə tam hazır olsa da, keyfiyyət səviyyəsi uğur qazanmaq şansı verməyib.
“Insider Gaming” portalı genişmiqyaslı yenidənqurma çərçivəsində ləğv edilən oyunların tam siyahısını təqdim edib:
- Prince of Persia: The Sands of Time Remake: Keyfiyyət standartlarına cavab vermədiyi üçün ləğv edilib.
- Project Ether: 2019-cu ildə Ubisoft Halifax tərəfindən hazırlanmağa başlanıb; bəzi işləmələr başqa layihədə istifadə olunacaq.
- Project Pathfinder: Əvvəllər Project U kimi tanınırdı.
- Project Crest: İkinci Dünya müharibəsi mühitində keçən “extraction” janrlı şuter.
- Assassin’s Creed Rebellion: 2018-ci ildən mövcud olan mobil oyun; Ubisoft bu oyunu dəstəkləyən Halifax studiyasını yanvarda bağlayıb.
- Assassin’s Creed Singularity: İctimaiyyətə nümayiş etdirilməyən yeni mobil layihə.
Bundan əlavə, büdcə məhdudiyyətləri səbəbindən Assassin’s Creed Shadows-un çoxistifadəçili rejimi olmalı olan League kod adlı layihədən də imtina edilib.
Şirkət hələ də Assassin’s Creed Invictus üzərində işləri davam etdirir, lakin mənbələr layihənin işçi heyəti tərəfindən birmənalı qarşılanmadığını qeyd edirlər. Eyni zamanda, 18 ildir hazırlanan və xərcləri 500 milyon dolları keçən Beyond Good Evil 2 layihəsinin relizə çatdırılması planları hələ də qüvvədədir.