4
Ubisoft, BattleCore Arena 1.0 adlı yeni şuter oyununu erkən girişdə PC platforması üçün istifadəyə verib. Oyun şərti-ödənişli formatda təqdim olunur və iki əsas rejimə malikdir:
- “3 vs 3” formatı: Oyunçular komandalar halında döyüşərək rəqib komandaların toplarını məhv etməyə çalışırlar.
- Q-Ball rejimi: Oyunda iştirakçılar Q-Ball-u ələ keçirərək onu mümkün qədər uzun müddət saxlamağa çalışırlar.
BattleCore Arena-da oyunçular nəhəng sferik topları idarə edirlər və dinamik arenalarda döyüşürlər. Oyunda 100-dən çox kosmetik element mövcuddur ki, bu da iştirakçılara unikal personaj yaratmaq imkanı verir. Fizika əsaslı mexanikalar, komanda oyunu, sıçrayışlar, manevrlər, bacarıqlar və silahlar sayəsində oyunçular rəqibləri arenadan kənara ataraq üstünlük qazana bilərlər.
Hazırda serverlər 1 mart tarixinə qədər açıq olacaq. Bu tarixdən sonra BattleCore Arena peer-to-peer rejiminə keçəcək, yəni oyunçular birbaşa bir-biri ilə əlaqə saxlayaraq oynaya biləcəklər.