Valve Counter-Strike 2 üçün böyük yeniləmə təqdim etdi — xəritələr və animasiyalar dəyişdi

by Nigar Məmmədova
0 comments

Valve şirkəti Counter-Strike 2 üçün növbəti irimiqyaslı yeniləməni təqdim edib. Bu barədə məlumat oyunun Steam səhifəsində yer alıb. Yeniləmə bir sıra texniki və vizual dəyişikliklərlə yadda qalıb.

Əsas yenilik: AnimGraph2 sisteminə keçid

Yeni sistem bütün birinci şəxs animasiyalarını əhatə edir — bu, həm silahların hərəkətinə, həm də… toyuqların qaçışına təsir edib.

Əlavə olaraq:

  • Hərəkət zamanı zərər hesablama mexanikası yaxşılaşdırılıb
  • Pompalı silahların təkrar doldurma prosesi yenidən işlənib
  • Səs sistemi təkmilləşdirilib — artıq sörf zamanı yeni səs effektləri var, oyunçuların səs səviyyəsini ayrıca tənzimləmək imkanı genişlənib

Xəritə dəyişiklikləri

Overpass

  • B nöqtəsində sındırıla bilən şüşə əlavə olunub
  • Obyektlərin yerləşimi dəyişdirilib

Train

  • A və B nöqtələrinə yeni sipərlər əlavə olunub
  • İşıqlandırma təkmilləşdirilib

Inferno

  • Kilsə pəncərələri açılıb
  • Keçidlərin ölçüsü dəyişdirilib

Əlavə qeyd: Cəmi iki həftə öncə çıxan əvvəlki yeniləmə Premier rejiminin 3-cü mövsümünü işə salmış və oğurlanmış əşyaların geri qaytarılması funksiyasını əlavə etmişdi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın