Valve Counter-Strike 2 üçün genişmiqyaslı yeniləmə yayımlayıb. Əsas yenilik — beş “gizli” (Secret) keyfiyyətli əşyanın mübadiləsi ilə həmin kolleksiyadan bıçaq əldə etmək imkanı olub.
Əsas dəyişikliklər
1,3 GB-lıq patch oyuna bir sıra mühüm dəyişikliklər gətirib:
- “Retake” rejimi artıq “Alfa” və “Delta” xəritələri üçün rəsmi olaraq əlavə edilib
- “Molotov” və bir neçə tüstü qumbarası arasındakı qarşılıqlı təsir düzəldilib
- Golden, Palacio, Rooftop və Inferno xəritələri yenilənib
- Beş əşyanın mübadiləsi ilə bıçaq əldəetmə sistemi, o cümlədən StatTrak versiyaları əlavə edilib
- Menyuda və əşyaların baxışı zamanı performans yaxşılaşdırılıb
- İnventar ikonalarının görüntüsü ilə bağlı problemlər aradan qaldırılıb
Daxili iqtisadiyyata təsir
Bu yeniləmə oyundaxili iqtisadiyyata əhəmiyyətli təsir göstərib — traderlər ümumi inventar dəyərlərinin azaldığını, lakin “gizli” keyfiyyətli silahların qiymətinin artdığını bildirirlər.