4
Valve Counter-Strike 2 turnirlərinin keçirilməsi ilə bağlı yeni qaydaları açıqlayıb. Yeniliklər əsasən komandaların turnirə dəvət edilməsi, ilkin mərhələdə yerləşdirilməsi (seeding) və tədbirlərin elan edilməsi müddətinə təsir edəcək.
Əsas dəyişikliklər
- Tier-1 turnirlərində minimum dəvət edilən komanda sayı artırılıb – əvvəl 16 idi, indi 20 olacaq.
- Tier-2 turnirlərinə reytinqin ilk 12 pilləsindəki komandalar dəvət edilə bilməyəcək.
- 2027-ci ildən sonra keçiriləcək turnirlərin elan edilməsi üçün son tarix 24 aydan 22 aya endirilib.
- Turnir haqqında əlavə məlumatların təqdim edilməsi üçün müddət 12 aydan 10 aya azaldılıb.
- Turnirlərin coğrafi məhdudiyyətləri dəyişdirilib. Əvvəllər turnir bölgəsi geniş ərazi (Avropa, Asiya, Cənubi Amerika) ilə müəyyən edilirdi. İndi isə təşkilatçılar komandaların viza vəziyyətini nəzərə alaraq məkan seçməlidir. Bu dəyişiklik vizalarla bağlı problemlərin qarşısını almaq üçün edilib.
- Wildcard dəvətləri (xüsusi dəvətlər) ilk 12-likdəki komandalar üçün mümkün olmayacaq. Məsələn, NAVI BLAST Rivals-a xüsusi dəvət ala bilməyəcək.
- VRS (Valve Ranking System) ilkin mərhələdə komandaların sıralanması üçün istifadə edilə biləcək. Bu, təşkilatçılara turnirə başlarkən komandalara daha ədalətli yerləşdirmə tətbiq etməyə imkan verəcək.
Valve-in bu qaydaları CS2 ekosistemində rəqabəti gücləndirmək və komandaların turnirlərə daha bərabər şərtlərlə qatılmasını təmin etmək məqsədi daşıyır.