Valve yeni VR qulaqlığı Deckard-ın istehsalına başladı

by Nigar Məmmədova
0 comments

Valve şirkəti özünün növbəti nəsil VR qulaqlığı Deckard üzərində işi yekunlaşdırıb və, görünür, cihazın kütləvi istehsal mərhələsinə keçib. Yeni model əvvəlki uğurlu Index qulaqlığının varisi olacaq.

Deckard layihəsi ilk dəfə 2021-ci ildə ortaya çıxmışdı, lakin o vaxtdan bəri Valve rəsmi açıqlamalar verməmişdi. İndi isə XR Research Institute məlumatına görə, yeni nəsil cihaz artıq seriyalı istehsala buraxılıb. İllik istehsal həcmi 400–600 min ədəd olacaq ki, bu da təxminən Apple Vision Pro səviyyəsinə yaxındır. Analitiklər hesab edirlər ki, Deckard bu ilin sonuna kimi təqdim oluna bilər.

Bundan başqa, SteamVR kodunda artıq dəfələrlə yeni qulaqlıq və Roy adlı yenilənmiş kontrollerlərə istinadlar aşkar edilib. Valve ötən ay Steam Frame ticarət nişanını da qeydiyyatdan keçirib, bu da yeni cihaz barədə söz-söhbətləri daha da gücləndirib.

Valve hələlik rəsmi açıqlama verməsə də, pərəstişkarlar əmindirlər: şirkət VR bazarında növbəti böyük addımını atmağa hazırlaşır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın