Virtus.pro komandası Thunderpick World Championship 2024 CS2 turnirinin A qrupunda Team Falcons-a qarşı qələbə qazandı. Qarşılaşma 2:0 hesabı ilə başa çatdı — Mirage xəritəsində 13:9, Anubis xəritəsində isə 13:8 hesabı ilə üstünlük təmin olundu. Bu, Cəmi “Jame” Əlinin komandası üçün turnirdəki ilk qələbə oldu.
Team Falcons isə turnirdən kənarlaşdırıldı. Daha əvvəl Aleksandr “s1mple” Kostılyevin komandası Team 3DMAX-a məğlub olmuşdu.
Thunderpick World Championship 2024 turniri 21 oktyabr – 3 noyabr tarixləri arasında keçirilir. Turnirin qrup mərhələsi və dörddəbir final oyunları onlayn, yarımfinal və final isə Berlində LAN formatında baş tutacaq. Komandalar 850 min dollar mükafat fondu uğrunda mübarizə aparırlar. Turnirin təqvimi və nəticələri haqqında məlumatı reportajdan izləyə bilərsiniz.