13
18 fevralda PGL Cluj-Napoca 2025 turnirinin qrup mərhələsi başa çatacaq. Counter-Strike 2 üzrə keçirilən bu yarışda komandalar play-off-a vəsiqə qazanan 3 yer uğrunda mübarizə aparacaq.
Turnirdə uğur qazana bilməyən komandalar 9-11-ci yerləri tutaraq çempionatı tərk edəcək və 31 250 dollar mükafat alacaqlar. Oyunlar best-of-3 formatında keçiriləcək. İlk qarşılaşma Bakı vaxtı ilə 12:00-da başlayacaq.
PGL Cluj-Napoca 2025 – 18 fevral üçün oyun cədvəli:
- Astralis – BIG (12:00, Bakı vaxtı)
- 3DMAX – SAW (15:00, Bakı vaxtı)
- MOUZ – Virtus.pro (18:00, Bakı vaxtı)
Turnir haqqında qısa məlumat:
- Tarix: 14-23 fevral 2025
- Məkan: Rumıniya
- Ümumi mükafat fondu: 1,25 milyon dollar
- Format: İsveçrə sistemi – 3 qələbə qazanan komandalar play-off-a yüksəlir.