43
Vitality komandası Perfect World Shanghai Major 2024 turnirinin ikinci mərhələsinin ikinci turunda FURIA Esports-u məğlub etdi.
5 dekabr tarixində keçirilən Elimination Stage matçında Team Vitality rəqibi FURIA Esports-a qarşı Mirage xəritəsində 16:13 hesabı ilə üstünlük əldə edib. Kapitan Dan apEX Madesklerın rəhbərlik etdiyi Vitality ardıcıl ikinci qələbəsini qazanaraq, 2:0 statistikası olan bir komanda ilə pley-offa çıxış üçün növbəti mərhələdə qarşılaşacaq.
Team Vitality-nin cari heyəti:
- Dan apEX Madeskler
- Mathieu ZywOo Herbaut
- Lotan Spinx Giladi
- Shahar flameZ Shushan
- William mezii Merriman
FURIA Esports-un cari heyəti:
- Yuri Yuurih Santos
- Kaike KSCERATO Cerato
- Gabriel FalleN Toledo
- Marcelo chelo Cespedes
- Felipe skullz Medeiros
Turnirdə üç qələbə qazanan səkkiz komanda Perfect World Shanghai Major 2024-ün pley-off mərhələsinə keçəcək. Turnir 30 noyabrdan 15 dekabr tarixinədək Çində keçirilir. Ümumi mükafat fondu 1.25 milyon dollar təşkil edir.