Vitality PGL Cluj-Napoca 2026-nın Çempionu Oldu

by Nigar Məmmədova
0 comments

Rumıniyada keçirilən PGL Cluj-Napoca 2026 turnirinin böyük finalında Team Vitality və PARIVISION komandaları üz-üzə gəlib. “Best-of-5” (Bo5) formatında keçirilən həlledici qarşılaşma Team Vitality-nin 3:0 hesablı mütləq qələbəsi ilə başa çatıb.

Finalın gedişatı və nəticələri:

Vitality seriyanın ilk iki xəritəsində tam üstünlük nümayiş etdirərək rəqibinə şans tanımayıb. Üçüncü xəritədə PARIVISION ciddi müqavimət göstərsə də, Vitality təcrübəsi sayəsində təşəbbüsü əldə saxlayaraq turniri məğlubiyyətsiz qapatmağı bacarıb. Bu, Fransa təmsilçisinin 2026-cı il mövsümündə qazandığı ikinci çempionluq tituludur.

Turnirin əsas məqamları:

  • PARIVISION-un yüksəlişi: Turnirin finalına qədər yüksəlmək gənc komanda üçün böyük nailiyyətdir. Onlar artıq cari mövsümdə ikinci dəfə S-tier turnirin finalında oynamaqla Team Spirit, MOUZ və NaVi kimi nəhəngləri kölgədə qoyublar.
  • ZywOo faktoru: Team Vitality-nin ulduzu Matye “ZywOo” Erbo turnir boyu göstərdiyi fenomenal performansla layiqincə MVP (Ən Dəyərli Oyunçu) adını qazanıb.
  • Rəqabət: Bu final CS2 pro-səhnəsində rəqabətin artdığını və Vitality-nin liderliyini qoruduğunu, eyni zamanda yeni kollektivlərin artıq favoritlərə ciddi başağrısı olduğunu sübut etdi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın