Yaponiyada İlk İnteraktiv Anime Filmi İşıq Üzü Görəcək

by Nigar Məmmədova
0 comments

Bugün, 19 noyabr tarixində Yaponiyanın multimedia layihəsi King Records tərəfindən ilk interaktiv anime filmi olan Hypnosis Mic – Division Rap Battle-ın təqdim ediləcəyi məlum olub.

Bu tammetrajlı film, dünyadakı bütün münaqişələrin, hətta müharibələrin, rep döyüşləri ilə həll edildiyi bir kainatı təsvir edən Hypnosis Mic françayzının bir hissəsidir. Yeni filmin süjeti böyük bir “döyüş” ətrafında qurulub.

Filmin əsas xüsusiyyəti isə üç fərqli final və onlarla hadisə inkişafı seçimi təqdim etməsidir. Tamaşaçılar bu seçimləri real vaxtda smartfonlar vasitəsilə səsvermə yolu ilə edəcəklər.

Müəlliflərin fikrincə, bu mexanika hər film nümayişini unikal edəcək və artıq izləyənlər də təkrar kinoteatrlara qayıtmaq istəyəcək.

Hypnosis Mic – Division Rap Battle filminin Yaponiyada premyerası 21 fevral 2025-ci ildə olacaq. Daha sonra film beynəlxalq striminq platformalarında da yayımlanacaq.

Bu gün həmçinin Secret Level antologiyasının müəllifləri seriyanın 15 epizodundan görüntülər təqdim ediblər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın