YEKINDAR HLTV-nin 2025-ci il üzrə ən yaxşı oyunçuları reytinqində 15-ci yeri tutdu

by Nigar Məmmədova
0 comments

FURIA komandasının CS2 oyunçusu Mareks “YEKINDAR” Qalinskis, HLTV portalının təqdim etdiyi ilin ən yaxşı oyunçuları reytinqində 15-ci pillədə qərarlaşıb. Bu, onun ən yaxşılar siyahısına artıq üçüncü daxilolmasıdır; o, əvvəllər 2021 (8-ci yer) və 2022-ci (15-ci yer) illərdə də bu siyahıda yer almışdı.

Qalinskisin bu ilki orta reytinqi 1.09 təşkil edib. Reytinq tərtib edilərkən oyunçunun yüksək “impact” (təsir) və assist (kömək) göstəriciləri, həmçinin qrand-finallardakı inamlı oyunu nəzərə alınıb.

YEKINDAR-ın 2025-ci il uğurları:

  • Komanda qələbələri: Bu il o, komandası ilə birlikdə FISSURE Playground 2, Thunderpick World Championship 2025, IEM Chengdu 2025BLAST Rivals 2025 Season 2 turnirlərinin qalibi olub.
  • Fərdi mükafatlar: Thunderpick World Championship 2025 istisna olmaqla, qalib gəldiyi bütün digər turnirlərdə EVP mükafatına layiq görülüb.
YEKINDAR

Xatırladaq ki, HLTV reytinqində 16-cı yeri xertioN tutmuşdu.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın