4
Riot Games yeni mövsüm üçün VALORANT Champions Tour (VCT) barədə detalları açıqlayıb. Əsas yenilik — Challengers komandalarının Champions 2026-ya yüksəlmə imkanı qazanmasıdır.
Yeni qaydalar
- Mövsüm sonunda Ascension əvəzinə Challengers komandaları öz regionlarının Stage 2 play-off mərhələsində slot uğrunda mübarizə aparacaqlar.
- Hər regiondan yalnız bir komanda bu fürsəti əldə edəcək.
Masters və Kickoff formatı
- İlk Masters turnirinin iştirakçı sayı artırılıb: 8-dən 12 komandaya.
- İndi hər regionu 3 komanda təmsil edəcək.
- Kickoff turniri isə yenilənmiş Triple-elimination formatında keçiriləcək.
Gələcək dəyişikliklər
Valorant kiberidman bölməsinin rəhbəri Leo Faria bildirib ki, 2027-ci ildən VCT böyük dəyişikliklərə məruz qalacaq:
- Turnirlər daha açıq olacaq;
- Tədbir və yarışların sayı artacaq;
- Çempionat daha rəngarəng və universal forma alacaq.