Falcons, Liquid, Inner Circle və Gentle Mates növbəti mərhələdə

by Nigar Məmmədova
0 comments

BLAST Bounty Winter 2026: Closed Qualifier turnirinin üçüncü günü başa çatdı. Bir neçə gözlənilməz nəticə ilə yadda qalan günün sonunda ən yaxşı 8 komanda arasına düşmək üçün mübarizəni davam etdirəcək kollektivlər müəyyənləşdi.

Üçüncü günün oyun nəticələri:

  • Liquid 2–1 Ninjas in Pyjamas
  • 3DMAX 1–2 Inner Circle
  • Gentle Mates 2–0 M80
  • Falcons 2–0 ECSTATIC

Bu nəticələrə əsasən Liquid, Inner Circle, Gentle Mates və Falcons seçmə mərhələnin növbəti raunduna vəsiqə qazanıblar. Ninjas in Pyjamas, M80, 3DMAX və ECSTATIC isə turnirlə vidalaşıblar.

16 yanvar tarixi BLAST Bounty Winter 2026: Closed Qualifier-in birinci raundunun son günü olacaq. Bu gün final LAN mərhələsi üçün ayrılmış səkkiz yer uğrunda mübarizə aparacaq 16 komanda tam dəqiqləşəcək.

BLAST Bounty Winter 2026-nın qapalı seçmə mərhələsi 13 yanvarda başlayıb. Turnirdə 32 komanda iştirak edir və onlar Maltanın Attard şəhərində keçiriləcək LAN mərhələsinə vəsiqə qazanmağa çalışırlar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın