2026 kiberidman mövsümünün startı: yanvarda CS2 və Dota 2 üzrə əsas turnirlər

by Nigar Məmmədova
0 comments

Bu icmalda 1xBet Azərbaycan-ın kiberidman mütəxəssisləri 2026-cı ilin ilk ayında CS2 və Dota 2 üzrə əsas turnirlərin seçimini hazırlayıb.

Counter-Strike 2

StarLadder Budapest Major 2025-in finalından bir ay keçib – komandalar və oyunçular yaxşı dincəlib, heyətlərdə dəyişikliklər edib və HLTV Awards 2025-də layiqli mükafatlarını alıblar. Gözlənildiyi kimi, mərasimin əsas triumfatoru 7 mükafat qazanan Team Vitality oldu. Komanda ilin ən yaxşı oyunçusu, ilin ən yaxşı məşqçisi və ilin ən yaxşı komandası daxil olmaqla əsas nominasiya mükafatlarını da götürdü. Beş oyunçudan dördü fərdi mükafat aldı və Mathieu “ZywOo” Herbaut həm ən yaxşı snayner, həm də ilin ən yaxşı oyunçusu titulunu qazanaraq iki medal götürdü.

BLAST Bounty Winter 2026

  • Tarix: 22-25 yanvar
  • Mükafat: $1,150,000
  • İştirakçılar: 32 komanda

Yeni mövsümün ilk CS2 turniri olduqca maraqlı Bounty formatında keçiriləcək. Başlanğıc mərhələdə bütün iştirakçılar reytinqə görə iki bərabər qrupa bölünüb və aşağı qrupdakı komandalara yuxarı qrupdan istənilən rəqibi seçmək imkanı verilib. Komandanın reytinqdəki yeri nə qədər yüksəkdirsə, ona qarşı qazanılan qələbənin bounty-mükafatı da bir o qədər böyük olur. Məsələn, lider dördlüyü – FURIA, Falcons, Vitality və Aurora – üzərində qələbənin bounty-si 60,000$ təşkil edir.

İki onlayn çıxış matçından sonra yalnız 8 ən güclü komanda qalacaq və həmin komandalar turnirin LAN mərhələsi üçün Maltaya yollanacaq. Ötən mövsümdə keçirilən hər iki BLAST Bounty turnirinin (Spring 2025 və Fall 2025) qalibi Team Spirit olub, buna görə də məhz onlar əsas favorit sayılır.

Intel Extreme Masters Krakow 2026

  • Tarix: 28 января – 8 fevral
  • Mükafat: $1,250,000
  • İştirakçılar: 24 komanda

Son bir neçə il ərzində Counter-Strike fanatları mövsümün startındakı Polşa turniri olan Intel Extreme Masters Katowice-ə öyrəşmişdi, lakin 2026-cı ildə onu Intel Extreme Masters Krakow əvəz edəcək. Turnirin pley-off mərhələsi ilk dəfə Polşanın keçmiş paytaxtında – TAURON Arenada keçiriləcək və təşkilatçılar artıq tamaşaçılara unudulmaz bir şou söz veriblər.

Turnirə dünyanın 24 ən güclü komandası dəvət alıb. Reytinqin ən güclü səkkizliyi (FURIA, Vitality, Falcons, Spirit, NAVI, MOUZ, FaZe Clan, The MongolZ) mübarizəyə birbaşa qrup mərhələsindən başlayacaq, qalan 16 komanda isə əvvəlcə Play-In raundu çərçivəsində seçmə oynayacaq.

Qeyd edək ki, IEM Krakow The MongolZ-un istedadlı yeni oyunçusu Anarbileg “cobrazera”  Uuganbayar üçün debüt turniri olacaq. Komandanın rəsmi tərəfdaşlarından biri 1xBet brendidir.

Dota 2

CS2-dən fərqli olaraq, Dota 2-də aktiv rəqabətli mövsüm yalnız fevralda başlayacaq. İlk böyük turnirlər BLAST Slam VI (3–15 fevral) və DreamLeague Season 28 (16 fevral – 1 mart) olacaq.

Amma yanvarda Dota 2 fansız da qalmayacaq – azarkeşlər dörd böyük turnirə gedən yol uğrunda aparılan çoxsaylı regional seçmə mərhələrində top komandaların mübarizəsini izləyə biləcəklər.

  • BLAST Slam VI: Regional Closed Qualifiers (4-5 yanvar)
  • DreamLeague Season 28: Regional Closed Qualifiers (9-11 yanvar)
  • ESL One Birmingham 2026: Regional Closed Qualifiers (16-20 yanvar)
  • PGL Wallachia Season 7: Regional Closed Qualifiers (26-29 yanvar).

Yeni kiberidman mövsümünün ilk turnirləri və seçmə mərhələri komandalara reşafldan sonra bir-birinə alışmaq və əsas yarışlar başlamazdan əvvəl forma toplamaq imkanı verir, azarkeşlər isə maksimum dərəcədə proqnozlaşdırılması çətin və effekti yüksək matçlar izləyirlər – nəticədə qazanan tərəf hər kəs olur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın