“Riot Games” ABŞ məktəblərində kiberidman layihələrinə 500 min dollar vəsait ayıracaq

0 comments

“Riot Games” şirkəti ABŞ-ın dövlət məktəblərində təhsil layihələrini dəstəkləmək məqsədilə 500 000 dollar vəsait ayırdığını elan edib. Maliyyələşdirmə “DonorsChoose” qeyri-kommersiya xeyriyyə platforması ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.

Kiberidman, STEM fənləri və “Worlds” turniri

Ayrılan vəsait müəllimləri kiberidman, oyun tərtibatı və STEM fənlərinin (elm, texnologiya, mühəndislik və riyaziyyat) tədrisi üçün zəruri resurslarla təmin etməyə yönəldiləcək. Qrant proqramı “League of Legends” üzrə Dünya Çempionatının (Worlds) keçirilməsi şərəfinə təşkil olunub və turnir matçlarına ev sahibliyi edən ştatlarda — Kaliforniya, Texas və Nyu-Yorkda mərhələli şəkildə icra ediləcək.

Bu, “Riot Games” ilə “DonorsChoose” platforması arasında artıq üçüncü əməkdaşlıq ilidir. Ümumilikdə bu dövr ərzində şirkət məktəblərdə oyun və təhsil yönümlü layihələrin maliyyələşdirilməsinə 1 milyon dollardan artıq vəsait yönəldib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın