Esports World Cup Foundation (EWCF) Ubisoft Nadeo ilə çoxillik tərəfdaşlıq müqaviləsi imzalayıb. Bu əməkdaşlıq çərçivəsində Trackmania arkada yarış oyununun Esports World Cup (EWC) 2026 turnir proqramına əlavə edilməsi nəzərdə tutulur.
Turnirdə 32 oyunçu 500 000 $ məbləğində mükafat fondu uğrunda mübarizə aparacaq. Əsas çempionatdan əvvəl açıq seçmə mərhələlər keçiriləcək. Seçmə yarışlarla bağlı əlavə təfərrüatlar yanvarın 26-da, oyun üçün buraxılacaq yenilənmə ilə eyni vaxtda açıqlanacaq.
Trackmania EWC 2026-da yeganə yarış oyunu olacaq. O, 2024-cü ildən bəri siyahıda olan RENNSPORT-u əvəz edib. Trackmania turnirləri uzun illərdir ki, keçirilməkdədir; belə ki, oyun 2006-cı ildən 2015-ci ilə qədər Electronic Sports World Cup (ESWC) proqramında yer alıb.
EWC 2026-da aşağıdakı oyunlar üzrə turnirlər keçiriləcək:
- Apex Legends
- Call of Duty: Black Ops 7
- Call of Duty: Warzone
- Şahmat (Chess)
- Counter-Strike 2
- Crossfire
- Dota 2
- EA Sports FC 26
- FATAL FURY: City of the Wolves
- Fortnite
- Free Fire
- Honor of Kings
- League of Legends
- Mobile Legends: Bang Bang
- Overwatch 2
- PUBG: Battlegrounds
- PUBG Mobile
- Rocket League
- Street Fighter 6
- Tekken 8
- Rainbow Six Siege X
- Teamfight Tactics
- Trackmania
- VALORANT