VALORANT-ın 12.01 yaması icbari çoxfaktorlu autentifikasiya sistemini tətbiq edir

by Nigar Məmmədova
0 comments

Riot Games şirkəti VALORANT üçün 12.01 yama qeydlərini təqdim edib. Bu yenilənmə ilə Avropada icbari çoxfaktorlu autentifikasiya (MFA) sistemi fəaliyyətə başlayacaq.

Riot Mobile tətbiqi vasitəsilə tələb olunan icbari MFA sistemi bir neçə şəxs tərəfindən birgə istifadə edildiyindən şübhələnilən hesablar, eləcə də Ascendant və daha yüksək ranqlı bütün oyunçular üçün mütləq olacaq. Bu təhlükəsizlik addımı yerinə yetirilməzsə, oyunçular rəqabətli (competitive) rejimə giriş hüququnu itirəcəklər, lakin digər rejimlər olduğu kimi qalacaq. Həmçinin, VCT 2026 turniri üçün kibersport mərkəzi (hub) yenidən oyuna qaytarılıb.

Tərtibatçılar agentlər və oyun prosesi ilə bağlı bir sıra xətaları da aradan qaldırıblar. Agentlərdən Harbor, Fade, Gekko, Viper, Chamber, Veto, Killjoy, Sage, PhoenixYoru ilə bağlı düzəlişlər edilib. Avropada yenilənmə 21 yanvar səhər saatlarında istifadəyə veriləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın