“Riot Games” “VALORANT” üzrə “VCT 2027 EMEA Kickoff” turnirinin açıq təsnifat mərhələsini uğurla başa vuran komandalar üçün nəzərdə tutulan maliyyə dəstəyinin təfərrüatlarını açıqlayıb.
2027-ci ildən etibarən VCT turnirlərinin əsas mərhələlərinə vəsiqə əldə edən qeyri-tərəfdaş (non-partner) kollektivlər yüksəldikləri mərhələdən asılı olaraq təsdiqlənmiş sabit maliyyə dəstəyi alacaqlar:
- “Kickoff” və ya “Cup” mərhələsinə çıxış: 100 000 dollar
- “Masters” mərhələsinə vəsiqə: 200 000 dollar
- “Champions” mərhələsinə vəsiqə: 400 000 dollar
Bundan əlavə, tərəfdaşlıq statusu olmayan komandalar mövsüm boyu göstərdikləri nəticələrə əsasən ənənəvi mükafat fondundan pay və əlavə bonus ödənişləri qazanmaq hüququnu da saxlayacaqlar.
Təsnifat mərhələsi noyabrda start götürür
“VCT 2027 EMEA Kickoff” yarışının seçmə oyunları cari ilin noyabr ayında başlayacaq. Təsnifat mərhələsinin yekunlarına əsasən, ən güclü dörd komanda əsas turnirə vəsiqə təmin edəcək. Turnirdəki digər səkkiz yeri isə regionun rəsmi tərəfdaş təşkilatlarının heyətləri tutacaq.