“EWC Foundation” Esports World Cup 2026-nın ümumi mükafat fondunu açıqlayıb. Bu il EWC çərçivəsində 75 milyon dollar oynanılacaq.
Builki mükafat fondu ötən illə müqayisədə 5 milyon dollar daha çoxdur. Vəsaitlərin dəqiq bölgüsü hələlik tam məlum olmasa da, “Club Championship” üçün 27 milyon dollar deyil, 30 milyon dollar ayrılacağı elan edilib.
Həmçinin, EWC 2026 çərçivəsində keçiriləcək bəzi turnirlərin mükafat fondları artıq bəllidir:
- Trackmania — 500 min dollar
- ALGS: 2026 Split 1 Playoffs — 2 milyon dollar
- Fortnite — 1 milyon dollar
- PUBG Mobile World Cup 2026 — 3 milyon dollar
- Counter-Strike 2 — 2 milyon dollar
EWC 2026 turniri 6 iyuldan 23 avqusta qədər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Tədbirdə 24 oyun növü üzrə turnirlər keçiriləcək.