Ubisoft Rainbow Six səhnəsini inkişaf etdirmək üçün “Challenger Series 2026″nı başladır

by Nigar Məmmədova
0 comments

Ubisoft, 2026-cı ildə Rainbow Six Siege X kibersport səhnəsi üçün ikinci səviyyəli (Tier-2) yarışların başladığını elan etdi. “Challenger Series” həvəskar komandalara regional liqalara vəsiqə qazanmaq üçün xüsusi platforma təqdim edəcək.

Açıq seçmə mərhələləri üçün qeydiyyat artıq hər səviyyədən olan komandalar üçün aktivdir. Seçmə turnirləri 21 fevral – 1 mart tarixlərində Avropa, Amerika, Asiya-Sakit okean (APAC) və Okeaniya regionlarında keçiriləcək.

Qeydiyyatdan keçmiş komandalar “single elimination” formatında mübarizə aparacaqlar. Ən çox xal toplayan kollektivlər “Challenger” seriyasının ikinci mərhələsinə vəsiqə qazanacaqlar. İkinci mərhələdə 16 komanda İsveçrə sistemi (Swiss system) üzrə yarışacaq və ən yaxşı səkkiz komanda 12-15 mart tarixlərində keçiriləcək finala yüksələcək. Finalçılar il boyu davam edəcək regional liqalarda iştirak hüququnu avtomatik olaraq əldə edəcəklər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın