29 yanvar 2026-cı il tarixində Virtus.pro kibersport təşkilatı Free Fire növünə qayıtdığını və tamamilə braziliyalı oyunçulardan ibarət heyəti transfer etdiyini rəsmən elan edib. Bu addım həm də təşkilatın Garena tərəfdaşlıq proqramına daxil olması ilə müşayiət olunub.
Braziliya hazırda Free Fire üzrə dünya arenasında ən güclü ölkələrdən biri hesab olunur; belə ki, 2025-ci ildə keçirilən Esports World Cup və Free Fire World Series: Global Finals turnirlərində braziliyalılar təmsilçilik sayına görə ikinci yerdə qərarlaşıblar. Yeni heyət fevralın 1-də start götürəcək C.O.P.A. Free Fire 2026 turnirində “Ayıları” təmsil edəcək.
Virtus.pro-nun yeni Free Fire heyəti:
- Cauan7 (Kauan Santos da Silva) — IGL (Kapitan)
- lost21 (Luan Sezar de Souza Vieyra) — 1-ci raşer
- O MALA (Joao Pedro Bortolo Oliveyra) — 2-ci raşer
- nikeboy (Renan dus Santus Tomas) — Sapport
- Shotzzrx (Elton Ferreyra Kabral Neto) — 5-ci oyunçu
- Frois (Markos Vinisius Roza Frois) — Məşqçi
- K9 (Luis Alberto Rabelo Ortins) — Analitik
- Luke (Lukas Qabriel de Andrade Reqo e Silva) — Menecer
Qeyd edək ki, Virtus.pro bu yaxınlarda Apex Legends heyətini buraxdığını elan etmişdi. Free Fire isə 111dots Studio tərəfindən hazırlanmış və Garena tərəfindən nəşr edilmiş dinamik mobil “battle royale” oyunudur. Hər matç 50 iştirakçı ilə təxminən 10 dəqiqə davam edir.