PlayStation 6-nın yaddaşı bəlli oldu: PS5 Pro-dan 2 dəfə çox

by Nigar Məmmədova
0 comments

İnsayder məlumatlarına görə, Sony-nin növbəti nəsil konsolu olan PlayStation 6 və yeni güclü portativ cihazı haqqında maraqlı detallar üzə çıxıb. Hər iki platformanın vahid PlayStation ekosisteminin tərkib hissəsi olacağı və eyni vaxtda satışa çıxarılacağı gözlənilir.

Avadanlıq sahəsində ixtisaslaşan tanınmış insayder Kepler_L2 iddia edir ki, PlayStation 6 konsolu 30 QB operativ və qrafik yaddaşla təchiz olunacaq. Bu yaddaş 32 QHs tezlikli GDDR7 standartında olacaq ki, bu da 16 QB GDDR6 yaddaşına malik olan PlayStation 5 və PlayStation 5 Pro göstəricilərindən iki dəfə çoxdur. Məlumata görə, yaddaş sistemi hər biri 3 QB olan on ədəd GDDR7 çipi şəklində reallaşdırılacaq.

Sony şirkətinin yaddaş interfeysinin enini 256 bitdən 160 bitə endirəcəyi bildirilir, lakin yaddaşın yüksək sürəti sayəsində buraxılış qabiliyyəti hazırkı 576 QB/san-dən təxminən 640 QB/san-ə qədər artacaq.

PlayStation 6

Sony-nin “Canis” kod adı altında hazırladığı yeni portativ konsolu isə 24 QB yaddaş (LPDDR5X) əldə edəcək ki, bu da belə kompakt cihaz üçün çox yüksək göstəricidir. 2028–2029-cu illərdə buraxılması gözlənilən bu yeni platformalar oyun dünyasında ciddi texnoloji irəliləyiş vəd edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın