“HLTV” yenilənmiş CS2 reytinqini açıqladı: “FURIA” zirvəyə yüksəldi, “MOUZ” liderliyi itirdi

0 comments 0 views

Nüfuzlu kiberidman portalı “HLTV” 16 noyabr 2026-cı il tarixinə olan “Counter-Strike 2” üzrə dünyanın ən güclü komandalarının yenilənmiş reytinq cədvəlini dərc edib. “BLAST Rivals 2026 Season 2” turnirinin nəticələri siyahının ilk pillələrində ciddi yerdəyişmələrə səbəb olub.

Braziliyanın “FURIA” kollektivi (960 xal) “BLAST Rivals 2026 Season 2” çempionatındakı triumfundan sonra dünya reytinqinin birinci pilləsinə yüksəlib. Reytinqin əvvəlki lideri “MOUZ” (808 xal) isə yarışı 3–4-cü yerlərdə başa vuraraq ikinci sıraya enib.

Turnirin finalına qədər irəliləyən “Team Spirit” (766 xal) üçüncü pillədə qərarlaşıb. “Team Vitality” (638 xal) isə dördüncü yerə geriləyib. Fransız klubu “BLAST Rivals”da uğursuz çıxış edib: “Team Falcons” üzərindəki qələbədən sonra ardıcıl olaraq “FURIA” və “MOUZ”a məğlub olan heyət yarışı 5–6-cı mövqelərdə tamamlayıb.

İlk onluqdakı digər mövqelər

Reytinqin ilk beşliyini “Team Falcons” (448 xal) qapayır. Altıncı sırada “Aurora” (419 xal), yeddinci pillədə isə “BB Team” (355 xal) yer alıb. Ukrayna klubu “Natus Vincere” (336 xal) “BLAST Rivals”da iştirak etməməsinə baxmayaraq, səkkizinci mövqeyini qoruyub saxlayıb. Doqquzuncu pillədə “FUT” (272 xal) qərarlaşıb, top-10-luğu isə “The MongolZ” (267 xal) tamamlayır.

“HLTV” CS2 Dünya Reytinqi (16 noyabr 2026)

YerKomandaXal
1FURIA960
2MOUZ808
3Team Spirit766
4Team Vitality638
5Team Falcons448
6Aurora419
7BB Team355
8Natus Vincere336
9FUT272
10The MongolZ267

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın