Death Stranding 2 gələn ay PC platformasına gəlir

by Nigar Məmmədova
0 comments

“Kojima Productions” rəsmən təsdiqləyib ki, Death Stranding 2: On the Beach oyunu 19 mart 2026-cı il tarixində PC istifadəçiləri üçün əlçatmaz olacaq. Bu barədə məlumat “PlayStation State of Play” təqdimatı zamanı verilib.

Oyunun PC versiyası ilə bağlı əsas detallar aşağıdakılardır:

  • Portasiya prosesi ilə Nixxes Software studiyası məşğul olur.
  • Texniki tərəfdən kadr tezliyinin (FPS) kilidinin açılması və 4K təsvir ölçüsü dəstəyi vəd edilir.
  • NVIDIA, AMD və Intel şirkətlərinin təsvir miqyaslandırma və kadr generasiyası texnologiyaları dəstəklənəcək.
  • PC versiyasının çıxışı ilə eyni vaxtda həm PC, həm də PS5 platformalarına oyunçulara “yeni çağırışlar və mükafatlar” vəd edən yeni rejimlər və funksiyalar əlavə olunacaq.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın