2026 First Stand Tournament İştirakçılarının Əksəriyyəti Bəlli Oldu

by Nigar Məmmədova
0 comments

1 mart tarixində League of Legends üzrə beş regional turnir yekunlaşdı və ilin ilk böyük beynəlxalq çempionatı olan First Stand Tournament-də iştirak edəcək komandaların böyük qismi müəyyənləşdi. Hazırda səkkiz slotdan altısı artıq öz sahibini tapıb.

Turnirin son iki iştirakçısı — Çin təmsilçiləri (LPL) hələlik bəlli deyil. Çin regionundan San-Pauluda kimlərin çıxış edəcəyi 7 mart tarixində keçiriləcək final oyunlarından sonra dəqiqləşəcək.

First Stand Tournament-də iştirakı təsdiqlənmiş komandalar:

  • Gen.G Esports — LCK Cup 2026 (Cənubi Koreya)
  • FEARX — LCK Cup 2026 (Cənubi Koreya)
  • LYON — LCS 2026 Lock-In (Şimali Amerika)
  • LOUD — CBLOL Cup 2026 (Braziliya)
  • G2 Esports — LEC Versus (Avropa)
  • Secret Whales — LCP 2026 Split 1 (Asiya-Sakit Okean)

Turnir Haqqında Məlumat

2026 First Stand Tournament Braziliyanın San-Paulu şəhərində, 16–22 mart tarixləri arasında keçiriləcək. Dünyanın ən güclü səkkiz kollektivinin mübarizə aparacağı bu yarışma mövsümün ilk beynəlxalq kubokunu qazanmaq üçün mühüm platformadır. Braziliya təmsilçisi LOUD-un öz doğma meydanında çıxış edəcək olması yerli azarkeşlər üçün xüsusi maraq doğurur.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın